Əsas səbəblər
-
İrsiyyət
Dişlərin təbii rəngi və minanın xüsusiyyətləri nəsildən-nəslə ötürülə bilər.
-
Siqaret və tütün məhsulları
Tütün dişlərdə tədricən toplanan və adi fırçalama ilə təmizlənməyən piqment ləkələri yaradır. Qəlyan da dişləri saraldan amillərdəndir.
-
Çay və qəhvə
Tünd içkilərin, xüsusən keyfiyyətsiz məhsulların tərkibindəki rəngləyici maddələr diş minasının rəngini dəyişə bilər.
-
Dərman preparatları
Müntəzəm qəbul edilən bəzi dərmanlar diş minasının rənginə təsir göstərə bilər.
-
Qeyri-kafi gigiyena
Dişlərə müntəzəm qulluq edilmədikdə mina səthində qida, içki və ərp qalıqları toplanır və dişlər sarımtıl görünür.
Gündəlik həyatda nə etmək olar?
- Gündə iki dəfə düzgün fırçalayın və diş aralarını təmizləyin.
- Siqaretdən imtina edin.
- Rəngləyici içkilərdən sonra ağzınızı su ilə yaxalayın.
- 6 aydan bir stomatoloq müayinəsindən keçin və peşəkar gigiyena etdirin.
Estetik həll yolları
Rəng dəyişikliyinin səbəbindən asılı olaraq peşəkar ağartma, vinirlər və ya qapaqlar nəzərdən keçirilə bilər. Ağartma ilə düzəlməyən davamlı rəng dəyişikliklərində vinirlər effektiv seçim ola bilər. Uyğun variant yalnız müayinədən sonra müəyyən edilir.
Estetik stomatologiya haqqında ətraflı.
Bu məqalə ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir. Sizin vəziyyətinizə uyğun tövsiyəni yalnız müayinədən sonra həkim verə bilər.