Həssaslığın əsas səbəbləri
- Karies
- Diş sınığı və çatlar
- Qırılmış və ya köhnəlmiş plomb
- Diş əti xəstəlikləri
- Diş ətinin çəkilməsi və kök səthinin açılması
- Diş minasının yeyilməsi
- Sərt diş fırçası ilə həddindən artıq güclü fırçalama
- Turş qida və içkilərin çox istehlakı
- Dişlərin ağardılmasından sonrakı həssaslıq
Nə etmək olar?
-
Yumşaq tüklü diş fırçası
Sərt fırça və güclü təzyiq diş minasına və diş ətinə zərər verə bilər.
-
Həssas dişlər üçün diş məcunu
Diş məcunu seçərkən qablaşdırmada həssas dişlər üçün nəzərdə tutulduğunun göstərilməsinə diqqət edin.
-
Turş qida və qazlı içkilərin məhdudlaşdırılması
Turş məhsullar diş minasına mənfi təsir göstərə bilər.
-
Müntəzəm stomatoloji müayinə
Həssaslığın səbəbini müəyyən etmək və vaxtında aradan qaldırmaq üçün diş həkiminizlə əlaqədə olun.
Nə vaxt həkimə müraciət etməli?
Həssaslıq keçmirsə, ağrı uzun sürürsə və ya konkret bir dişdə hiss olunursa, səbəbi müəyyən etmək üçün stomatoloqa müraciət edin. Karies, çat və ya diş əti problemi erkən mərhələdə daha asan müalicə olunur.
Bu məqalə ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir. Sizin vəziyyətinizə uyğun tövsiyəni yalnız müayinədən sonra həkim verə bilər.